Ermənistan müxalifəti Dağlıq Qarabağın
tanınmasına qarşı çıxdı
Bunu müxalifət təşkilatının
əlaqələndiricisi Levon Zurabyan deyib
Erməni Milli Konqresi Ermənistan parlamentinin Dağlıq Qarabağı tanımasına qarşıdır.
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu müxalifət təşkilatının əlaqələndiricisi Levon Zurabyan deyib. Onun sözlərinə görə, bu addımın təhlükəli nəticələrini görə bilməyənlər siyasi cəhətdən uzaqgörən olmayan adamlardır. Levon Zurabyanın fikrincə, rəsmi Yerevanın bu addımı atması dünyaya birbaşa təhdid olar.
Xatırladaq ki, Ermənistan parlamentindəki "İrs" fraksiyası spiker Ovik Abramyana təklif edib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi növbədənkənar şəkildə parlamentin müzakirəsinə çıxarılsın. Reqlamentə görə bu məsələyə oktyabrın 5-də baxılmalıdır.