Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Erməni parlament seçkisinə qatıla bilər
Ancaq onun mütləq gərək şəxsiyyət vəsiqəsi olsun
Həvva Məmmədova: "Ermənistanda bir nəfər də azərbaycanlı namizədliyini verib deputat ola bilmirsə, indi onlar hansı üzlə Azərbaycana gəlirlər?"
Rəşad Məcid: "Əgər o, səmimi qəlbdən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, burda bir problem görmürəm"

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan Bakıya qayıtmaq üçün hüquq və zəmanət əldə etmək xahişi ilə BMT-nin qaçqın məsələləri üzrə ofisinə müraciət edib.
   
   Qriqori Ayvazyanın fikrincə, onun və digər Azərbaycan ermənilərinin hüququ var ki, BMT-nin qaçqın məsələləri üzrə ofisindən və Azərbaycan prezidenti İlham Əliyevdən Azərbaycan vətəndaşı kimi təhlükəsizliklərinin qorunmasının təmin edilməsini tələb etsinlər. Hüquqlarının heç bir Azərbaycan vətəndaşının hüquqlarından az olmadığını söyləyən Q.Ayvazyan Milli Məclisin deputatı seçilmək hüququnun olduğunu da vurğulayıb.
   
   Özünü Azərbaycan vətəndaşı kimi qələmə verən Qriqori Ayvazyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və 1 milyondan çox azərbaycanlının yurd-yuvasından qovulmasına isə münasibət bildirməyib.
   
   Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev
   
   Ayvazyanın açıqlamasına normal yanaşır. Onun sözlərinə görə, Q.Ayvazyan həqiqətən Azərbaycan Respublikasında anadan olubsa, 1988-ildən sonra Ermənistan Respublikasında qaçqın kimi məskunlaşıbsa, ancaq oranın vətəndaşlığını qəbul etməyibsə, Azərbaycan vətəndaşı olaraq qalırsa, o, Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək hüququna malikdir. Amma prosedur qaydalara mütləq əməl olunmalıdır. "Bunlar da ondan ibarətdir ki, həmin adam Milli Məclisə namizədliyini vermək üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. O sənədlərdən biri də şəxsiyyət vəsiqəsidir. Mən ona tövsiyə edirəm ki, ilk növbədə gəlsin, Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə təmin olunsun. Azərbaycanın Konstitusiyası da, "Vətəndaşlıq haqqında" qanun da onu Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır və onun Azərbaycana gəlmək hüququnu məhdudlaşdırmır. Qriqori ölkəmizə gələndən sonra Azərbaycan Respublikasında onun təhlükəsizliyinin təmin olunması müvafiq dövlət orqanlarının səlahiyyətinə aiddir. Mən bununla da razıyam. Amma seçkilərdə iştirak etmək onun hüququdur. Əgər Azərbaycanın Seçki Məcəlləsində nəzərdə tutulmuş sənədləri təqdim edərsə, əgər Ermənistanın vətəndaşlığını qəbul etməyibsə, bununla bağlı öhdəliyi təqdim edərsə, Ermənistan dövləti qarşısında müəyyən öhdəliklərin olmaması barədə DSK-ya müvafiq arayış təqdim edərsə, o zaman seçkilərdə iştirak etmək üçün namizədliyini irləli sürə bilər". Ə.Əliyev hesab edir ki, Q.Ayvazyanın Azərbaycan vətəndaşı kimi burda yaşamasını təmin etmək Azərbaycanın da mövqeyi ilə uyğundur. "Ərazisi işğal altında olmasına baxmayaraq Azərbaycan maraqlıdır ki, bu gün ermənilərin yaşadığı ərazilərdə də seçkilər keçirilsin və seçkilərdə Azərbaycanın vətəndaşları iştirak etsin. Əgər elə bir presedent yaranarsa, eyni zamanda Ermənistandan Azərbaycana gəlib burda yaşayan və bu vaxta qədər vətəndaşlığı olmayan şəxslər var. Yəni Azərbaycan qarşısında heç bir öhdəliyi olmayan şəxslər var. Onlar vətəndaşlığı olmayan, Ermənistanda doğulub gələn şəxslərdir. Onlar da gedib Ermənistan Respublikasında müvafiq dairələrdə Ermənistan Respublikasının parlamentinə öz namizədliklərini verə bilərlər. Yəni Azərbaycanda məskunlaşan Ermənistan doğumlu azərbaycanlıların da Ermənistana qayıtmaq, oranın vətəndaşlığını bərpa etmək, orda keçirilən seçkilərdə iştirak etmək hüquqları əllərindən alınmayıb. Vətəndaşlıqla bağlı beynəlxalq prinsiplər var: heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Bu gün Azərbaycanda olan Ermənistan vətəndaşları, oranın vətəndaşlığını itirməyən şəxslər qayıdıb öləkədə namizədliklərini verə bilər".
   
   Millət vəkili Həvva Məmmədova isə Q.Ayvazyanın iddiasını bir halda mümkün sayır. "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı 22 ildir ki, davam edir.
   
   Bu təcavüz nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz 22 ildir ki, öz doğma torpaqlarına qayıda bilmir. Bu müddət ərzində Dağlıq Qarabağda yaşayan ermənilərdən biri Azərbaycan rəhbərliyinə müraciət etmədi ki, biz Ermənistanın havadarlığından imtina edirik, onların tərkibinə keçmək istəmirik. Amma buna baxmayaraq ölkə prezidenti dəfələrlə müraciət edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının konstitusion hüquqları qorunur. O şərtlə ki, bütün bu münasibətlər baş tutsun, azərbaycanlılar öz doğma torpaqlarına qayıtsınlar.
   
   2005-ci ildə ölkə prezidentinin təşəbbüsü ilə 122 saylı Xankəndi seçki dairəsi yaradıldı. Seçki üçün nə lazım idisə, onu Azərbaycan hökuməti etdi. İnternet vasitəsi ilə MSK müraciət etdi ki, ermənilər də öz namizədliklərini verə bilərlər. O şərtlə ki, onlar Azərbaycan vətəndaşları olduqlarını sübut etməlidirlər. Deməlidirlər ki, biz Azərbaycan vətəndaşı olaraq, ölkənin qanunlarını qəbul edirik və namizədliklərimizi veririk". Millət vəkili deyir ki, bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Belə olan təqdirdə ermənilərin belə bir iddiada bulunması yersizdir. "Əgər bir nəfər olsa, Ermənistanda bir nəfər də azərbaycanlı namizədliyini verib deputat ola bilmirsə, indi onlar hansı üzlə Azərbaycana gəlirlər? "Bu gün 20 min şəhid vermişik. 50 min insan əlil, şikəst olub. Qaçqın və məcburi köçkünlərimizin BMT-yə göndərdiyi milyonlarla məktub var, əmlaklarımızın dağıdılması, Qarabağda qalması kimi faktlar mövcuddur. Lakin hələ də Ermənistandan təzminat ala bilməmişik. Biz bunları tələb edirik. Onlar isə namizədlik dərdindədirlər. Azərbaycan demokratik, tolerant bir ölkədir. Burda yaşayan bütün insanlara hörmət qoyulur. Amma bu şərtlə ki, Dağlıq Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğunu qəbul etsinlər. Bu torpaqlar nəzarətsiz bir zonaya çevrilib, bütün narkotik tranzit xətləri burdan keçir. Nə üçün orda yaşayan insanlar bir dəfə olsun bununla bağlı müraciət etmədilər? Əgər onlar müraciət etsəydilər, namizədliklərini də verə bilərlər, Azərbaycan dövləti də onların hüquqlarını müdafiə edərdi".
   
   "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Ayvazyanın açıqlamasında Azərbaycan üçün heç bir təhlükəli tendensiya görmür. "Əgər o, səmimi qəlbdən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, Azərbaycanın qanunlarına tabe olaraq yaşamaq istəyirsə, burda bir problem görmürəm. Azərbaycan tolerant ölkədir. İndi də ən müxtəlif xalqların nümayəndələri burda normal yaşayırlar. Dağlıq Qarabağda yaşayan ermənilər də bizim qanunlara tabe olsalar, şübhəsiz ki, onların Azərbaycanda keçiriləcək seçkilərdə iştirak etmələri normal haldır". R.Məcid hesab edir ki, səmimi söylənilən bu fikirlərdən istifadə etmək və siyasi amil kimi bəhrələnmək olar.
   
   
Firdovsi
Oxunub: 248
ARXİV
Vahid Ələkbərov yubileyinə Eros Ramazottini gətirdi
Məşhur müğənni "LUKoil" prezidentinin 60 illiyində 150 min dollar müqabilində oxuyub
Dünyanın ərzaq ehtiyatı azalıb
Sonuncu belə azalma 23 il əvvəl, 1982-ci ildə qeydə alınıb
Zəlimxan Yaqub 3-4 günə vətənə qayıdacaq
Xalq şairi özünü yaxşı hiss edir
Erməni parlament seçkisinə qatıla bilər
Ancaq onun mütləq gərək şəxsiyyət vəsiqəsi olsun
Bakıda İrana qarşı aksiya keçirilib
"Cənubi azərbaycanlı fəallara azadlıq" kimi şüarlar səslənib
Ermənistan müxalifəti Dağlıq Qarabağın tanınmasına qarşı çıxdı
Bunu müxalifət təşkilatının əlaqələndiricisi Levon Zurabyan deyib
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws