Zəlimxan Yaqub 3-4
günə vətənə qayıdacaq
Xalq şairi özünü yaxşı hiss edir
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun səhhəti normaldır və şair özünü yaxşı hiss edir.
Bu barədə "Şərq"ə şairin həyat yoldaşı Sahibə Yaqublu məlumat verib. Məlumat üçün bildirək ki, Z.Yaqub üç gün öncə Türkiyədəki "Amerikan" xəstəxanasında müayinə olunub və müayinə zamanı bəlli olub ki, onun böyrəyində şiş var. Bundan sonra şair cərrahiyyə əməliyyatı olunub.
İki gün öncə şairlə telefon bağlantısı qurduğunu söyləyən həyat yoldaşı S.Yaqublu bildirib ki, şair 3-4 gündən sonra Azərbaycana qayıdacaq: "Onunla telefonla danışdım. Özünü yaxşı hiss etdiyini dedi". S.Yaqublu onu da əlavə edib ki, şair hələ Bakıda olarkən ağrıları olmayıb, sadəcə olaraq Türkiyəyə müayinə olunması üçün gedib: "Müayinə zamanı da böyrəyində şişin olduğu bəlli olub. Bundan sonra da həkimlər cərrahiyyə əməliyyatının keçirilməsinin vacibliyini qeyd ediblər. Ona görə də şair əməliyyatın keçirilməsi ilə razılaşıb".
Seymur