Bakıda kafedə partlayış olub
Hadisə nəticəsində xəsarət alan var
Azərbaycan paytaxtında kafedə partlayış olub. Bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, sentyabrın 2-də saat 19.00 radələrində, Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Baxışov Firdovsi Tehran oğluna məxsus kafedə, Şüvəlan qəsəbə sakini, 1984-cü il təvəllüdlü Heydərov Həmid Baba oğlu təmir işləri apararkən, təbii qazın sızmasından partlayış baş verib. Nəticədə, kafenin pəncərə şüşələri sınıb, yanıq xəsarəti alan H. Heydərov isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.