Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Bakı-Ankara-Bakı reyslərinin sayı dördə çatdırılacaq
Bakı-Ankara-Bakı reyslərinin sayı 25.03.2012 tarixindən etibarən dördə çatdırılacaq.
   
   Azərbaycan Hava Yolları"nın rəsmi saytı xəbər verir ki, yuxarıda qeyd olunan tarixdən başlayaraq, "Azərbaycan Hava Yolları" Bakı-Ankara-Bakı reyslərini həftənin 1, 3, 4 və 6-cı günləri həyata keçirəcək.
Sulutəpə sakinləri yolu bağladı
Polislə etrazçılar arasında qarşıdurma baş verib
Yanvarın 27-də bir qrup şəxs Bakının Sulutəpə qəsəbəsində yolu kəsib.
   
    Polislə etrazçılar arasında qarşıdurma baş verib. Etrazçıların "Media forum" saytına bildirdiyinə görə, neçə gündür 158 nömrəli marşrut avtobusunun şəhərə çıxışına imkan verilmir: "Nəqliyyat Nazirliyi işçiləri bunu marşrut xəttinə çıxarılan avtomobillərin standratlara uyğun olmaması ilə izah edir. Biz ölkə prezidentinə, Nəqliyyat Nazirliyinə yazılı müraciət etmişdik. Bundan sonra Sulutəpədə marşruta yeni avtomobillər buraxdılar. Amma çox keçmədi marşruta nəzarət edən sahibkar yolların pis olduğunu deyib həmin avtomobilləri xətdən uzaqlaşdırdı. Hər gün biz piyada 4-5 kilometr yol gedirik. Nəzərə almırlar ki, bunun qocası, uşağı var". Sakinlərin sözlərinə görə, etirazlarını bildirən vaxt polislər onlara zor tətbiq edib və bir neçə nəfər 40-cı polis bölməsinə aparılıb.
FHN Kürdəmirdəki qəza ilə əlaqədar məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi yanvarın 26-da Kürdəmir rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
   
   Atakişili kəndində (rayon mərkəzindən 3 km aralı) "KamAZ" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.
   
   Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Mahir Mikayıl oğlu Mürsəlov hadisə yerində və sərnişini - 1973-cü il təvəllüdlü Adilə Mikayıl qızı Balayeva xəstəxanada vəfat edib. Digər 3 sərnişin isə yaralanıb. Yaralıların deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılması və aidiyyəti üzrə aparılması təmin edilib. Əməliyyat saat 15:30-da başa çatıb.
   
   
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws