Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Sabiq hərbi komissarların məhkəmə işi yekunlaşır
Üzeyir Cəfərov: "Hərbi komissarlıqların nümayəndələri böyük ehtimalla bu məsələləri tək həyata keçirməyiblər"
Ötən il korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin nəticələrindən danışan Respublika hərbi prokuroru Xanlar Vəliyev hərbi komissarlıqlarda aparılan yoxlamaların nəticələri barədə də məlumat verib.
   
   
   
   "Hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində cinayət işləri başlanıb. Həmin cinayət işlərindən Bakı şəhər Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir".
   
   Prokurorun açıqlamasına münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, istintaq hərtərəfli aparılmalıdır. Yəni hərbi komissarlıqların əməkdaşlarının məsuliyyətə cəlb olunması ilə iş tamamlanmamalıdır. "Bir neçə rayonun - Suraxanı, Sumqayıt, Binəqədi, o cümlədən bir sıra rayonların hərbi komissarlıqlarının əməkdaşları məsuliyyətə cəlb olunublar, barələrində həbs-qətiimkan tədbirləri həyata keçirilib. Hazırda onların bir neçəsi barədə Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı başlayıb. Konkret olaraq Xətai rayon hərbi komissarının müavini, polkovnik-leytenant Davud Hüseynovla bağlı. Biz baş vermiş hadisənin nəticə hissəsini deyirik. Nəzərə almaq lazımdır ki, hərbi komissarlıqlar Müdafiə Nazirliyinin baş qərargahının təşkilat və səfərbərlik idarəsi ilə əlaqədar olması və onlar vasitəsi ilə bu məsələləri həyata keçirməsidir. Yəni mən bölgü məsələsinə toxunuram. O ki qaldı qeyri-qanuni olaraq çağırışçılara möhlət hüququnun verilməsi ilə bağlı, o cümlədən onların valideynlərindən rüşvət alınması məsələsi hərtərəfli araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir".
   
   Ekspertin sözlərinə görə, bu günləri Respublika Hərbi Komissarlığı yox səviyyəsindədir. "Yəni onun olması ilə olmaması ümumiyyətlə bilinmir". Ü.Cəfərovun qənaətincə, bu, artıq qurumdur. Çünki rayon və şəhər hərbi komissarlıqları sərbəst şəkildə öz xidməti vəzifələrini yerinə yetirirlər. "Çağırışla bağlı, çağırışdan sonra qeydiyyat məsələsi ilə əlaqədar çox sərbəst şəkildə Müdafiə Nazirliyinin baş qərargahının təşkilat və səfərbərlik idarəsinin rəhbərliyi altında bu məsələlər həyata keçirilir".
   
   Ü.Cəfərov hesab edir ki, güc strukturlarında rüşvət və korrupsiyaya qarşı mübarizə tək hərbi komissarlıqlarla məhdudlaşmamalıdır. "Çağırışçılara möhlət hüququ verən mülki xəstəxanalar, həkimlər, o cümlədən digər vəzifəli şəxslər də var ki, onlar belə məsələlərdən kənarda saxlanıla bilməzlər. Bu iş dayandırılmamalı, davam etdirilməlidir, nəticədə ortaya yeni faktlar, nüanslar çıxa bilər və çıxacaq da. Düşünürəm ki, məhkəmə baxışı zamanı ortaya maraqlı faktlar çıxacaq. İstərdim ki, həmin məhkəmə iclasları ictimaiyyətin və media iştirakı ilə keçirilsin. Yenə deyirəm ki, hərbi komissarlıqların nümayəndələri böyük ehtimalla bu məsələləri tək həyata keçirməyiblər. Yəqin ki, orda iştirakçıların çevrəsi daha genişdir və onları aşkarlayıb cəmiyyətə təqdim etmək lazımdır".
   
   
Firdovsi
Ağır xəstə olan 14 yaşlı oğlumu həyata qaytardılar
Coratdan yazan ana həkim Aynur Quliyevaya sonsuz minnətdarlığını bildirir
Məktubu sizə Sumqayıt şəhərinin Corat qəsəbəsindən Daşdəmirova Mətanət yazır. Məlumunuz olsun ki, mən 3 oğul anasıyam. İki oğlum əsgəri xidmətini layiqincə başa vurub. Üçüncü oğlum Turalın 14 yaşı var. O, 4 il əvvəl taleyinin ən ağır zərbəsini aldı. Belə ki, oğlumun onurğa sütununda bütün dünyanı lərzəyə salan xərçəng xəstəliyi aşkarlandı.
   
   
   
    Bir valideyn kimi bizim əzablı günlərimiz başlandı. Demək olar ki, oğlumu respublikamızda və ondan kənarda müalicə etdirdik. Sağ olsun respublikamızdan kənarda yaşayan azərbaycanlılarımız. Onların çox böyük köməkliyi sayəsində oğlumu müalicə etdirdik. Oğlumu müayinə etmək üçün onu Respublika Milli Onkologiya Mərkəzinə aparmışdıq. İnanın ki, oğlum o qədər həkim nəzarəti altında olmuşdu ki, bəlkə də bezmişdi. Amma nə yaxşı ki, bu dünyada yaxşı insanlar, yaxşı həkimlər var. Bəzən həkimlər xəstəyə sadəcə bir dərman yazırlar və bununla da işin bitdiyini sanırlar. Xəstədə isə böyük bir ümidsizliyə səbəb olurlar. Ancaq bizim qarşımıza çıxan Aynur həkim oğlumu demək olar ki, yenidən həyata qaytardı. Aynur xanım Quliyeva 1972-ci ildə Bakıda anadan olub. 1989-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Həkimlik sənətində daha da yüksək nailiyyət əldə etmək üçün qonşu Türkiyədə təcrübədə olub. 2010-cu ildən Milli Onkologiya Mərkəzində uşaq şöbə müdiri kimi fəaliyyət göstərir. Mənim oğlum kimi xəstələri müalicə edərək onların həyatda xoşbəxt yaşamaları üçün əlindən gələni edir. Onunla birgə çalışan Günel xanım, Leyla xanım, Nəzrin xanıma da öz təşəkkürümüzü bildiririk. Onlar da xəstələrin yaşayıb həyatda qalmaqlarında çox böyük əziyyət çəkirlər. Kaş ki, bütün həkimlər belə olsun. Mən bir valideyn kimi belə həkimlərimizdən çox razıyam.
   
   Hörmətli redaksiya, mən həmçinin, Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevə də bir ana kimi minnətdarlığımı, təşəkkürümü bildirirəm. Onun rəhbərliyi ilə mərkəzdə hər cür yeni standartlara uyğun aparatlar quraşdırılıb. Artıq xəstələrin əziyyət çəkib xaricə getmələrinə ehtiyac yoxdur. Mən bir daha ailəm, qohumlarımız, oğlum Turalı istəyən dost və tanışlarımız adından Aynur xanıma cansağlığı, ailə xoşbəxtliyi arzulayıram. Aynur xanım həm də 2 qız övladı olan gözəl anadır. Həyat yoldaşı da həkimdir. Allah gözəl, ziyalı ailədə böyüyən o qızı xoşbəxt etsin. Ulu tanrı Aynur xanım və onun kimi gözəl həkimlərimizə, onlar da bizim kimi xəstələrin valideynlərinə kömək olsunlar.
Zaqatala muzeyində maraqlı jest...
Fransa ilə bağlı eksponatların nümayişi dayandırılıb
Zaqatala Tarix Diyarşünaslıq muzeyində Fransa tarixi və mədəniyyəti ilə bağlı eksponatların ekspozisiya zalında nümayiş etdirilməsi dayandırılıb.
   
   Eksponatlar muzeyin ekspozisiya zalından çıxarılıb. Bu barədə APA-ya açıqlamasında muzeyin direktoru Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, bu addım Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nı tanımayanlara cəza tətbiq edilməsi ilə bağlı qanuna etiraz olaraq atılıb. Muzey direktoru sözügedən ədalətsiz qanunun tətbiq olunacağı təqdirdə, bölgəyə gələn fransız turistlərə muzey xidmətlərinin göstərilməyəcəyini bəyan edib.
   
   
"Adam" öldürülüb
"Rusiya hüquq-mühafizə orqanları İnquşetiyada əməliyyat keçirib.
   
   İTAR-TASS agentliyinin məlumatına görə, dünən Nazranda bir evdə "Qafqaz Əmirliyi"nin hərbi əmiri, "Adam" ləqəbli Camaleyl Mutaliyev də daxil olmaqla, 3 silahlı mühasirəyə alınıb. Silahlılar təslim olmaqdan imtina ediblər və atışma baş verib. Atışma zamanı hər 3 silahlı öldürülüb.
   
   Qeyd edək ki, Camaleyl Mutaliyev ikinci Çeçenistan müharibəsi zamanı döyüşlərdə iştirak edib və Şamil Basayevin ən yaxın adamlarından sayılıb. O, 2010-cu ildə "Qafqaz Əmirliyi"nin hərbi əmri, Maqas ləqəbli Əli Taziyev yaxalanandan sonra onun yerinə hərbi əmir təyin olunub. Camaleyl Mutaliyev İnquşetiyadakı silahlıların əməliyyatlarını idarə edib. O, bir çox səs-küylü hadisələrin də təşkilatçısı olub. Bunların sırasında 2010-cu ilin sentyabrında Vladiqafqaz bazarında törədilən partlayış və terrorçu-kamikadze vasitəsi ilə 2010-cu ilin avqustunda Bakı-Rostov yolunda törədilən partlayış da var.
   
   
Bakıda xəstəliklər artıb
Havaların soyuması və günəşdəki partlayışlar xəstəliklərin artması ilə nəticələnib
Son günlər havanın kəskin soyuması və günəşdə partlayışların baş verməsi nəticəsində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı xeyli artıb.
   
   Stansiyanın baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suğra Bəşirovanın Lent.az-a verdiyi məlumata görə, havanın soyuması ilə əlaqədar yuxarı tənəffüs yollarının soyuqdəyməsi diaqnozu ilə müraciət edənlərin sayı yanvarın əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. Bir neçə gündə daha təhlükəli tendensiya isə ürək-qan-damar xəstələri ilə bağlıdır. S.Bəşirovanın bildirdiyinə görə, günəşdə baş verən proseslər xroniki qan-damar xəstələrinə mənfi təsir edib və müraciət edənlərin sayı kəskin artıb: "Bu həm də psixoloji amillə əlaqədardır. Çünki son günlərdə kütləvi informasiya vasitələrində günəşdəki proseslər və bunun insana təsiri ilə bağlı çox danışılır. Xəstə insanlar da öz səhhətlərindən daha çox narahat olmağa başlayırlar".
   
   Qeyd edək ki, tibbi hidrometeoroloji proqnozda insanların açıq havada az qalmaları məsləhət görülür.
   
   
   
   
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws