Nobel mükafatı laureatı
11 aya yaxındır ev dustağıdır
Şirin İbadi İranda parlament
seçkisinin boykot olunmasını tələb edib
Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi jurnalistlərə açıqlamasında İranda parlament seçkisinin boykot olunmasını, 11 aya yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.
"Media forum" saytının məlumatına görə, Şirin İbadi İran xalqını parlament seçkisinə qatılmamağa çağırıb: "Mən İran xalqından istəyirəm ki, bu ilin mart ayında keçiriləcək saxta parlament seçkisini boykot etməklə İran İslam Respublikası rejiminin legitim olmadığını bir daha dünya ictimaiyyətinə nümayiş etdirsinlər. Mən həmçinin dünyanın bütün azadlıqsevər insanlarından xahiş edirəm ki, İranda əqidə və siyasi düşüncəsinə görə həbsdə saxlanan bütün siyasi məhbusların, eləcə də Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılması üçün əllərindən gələni əsirgəməsinlər".