Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
AŞ PA-da Türkiyə və Azərbaycanlı deputatların təklifi qəbul edildi
Arxivlər açılsın, tarixçilərdən ibarət birgə komissiya yaradılsın!
Dünən AŞ PA-nın qış sessiyasının son plenar iclasında "Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması" adlı hesabat dinlənilib.
   
   
   
   Assambleyanın insan haqları və hüquqi məsələlər komitəsinin sədri litvalı deputat Egidijus Vareikisun təqdim etdiyi bu məruzəsi ətrafında aparılan müzakirələrdən sonra Türkiyə və Azərbaycandan olan millət vəkillərinin təklif etdiyi çox əhəmiyyətli paraqraf sənədə əlavə edilib. 8 paraqrafdan ibarət olan sənədə Türkiyə və Azərbaycanlı millət vəkillərinin əlavə təklif etdikləri 9-cu paraqraf da daxil edilib. Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvlərinin qarşı çıxdıqları paraqrafda bildirilir ki, iki ölkə arasında əhalinin məcburi köçürülməsi halının mövcudluğu və onun nəticələrinə dair münaqişə baş verən zaman bu iki ölkə öz arxivlərini açmalı, hər iki ölkənin tarixçilərindən və araşdırıcılarından ibarət birgə komissiya yaratmalıdır: "Lazım gələrsə, üçüncü ölkələrə də bu ölkələrin arxivlərinə müraciət etməyə heç bir istisna olmadan imkan verəcəklər. Bu iş elmi bir araşdırma mövzusu olacaq və tarixçilər də siyasətçilərə nisbətən daha obyektiv konsesus əldə edə biləcəklər. Tarixin siyasət tərəfindən istismar edilməsi heç bir zaman qəbul edilməz". (APA)
"Xocalı soyqırımını tanı!"
YAP gəncləri Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində növbəti addım atıb
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Xocalı soyqırımını dünya miqyasında tanıdılması istiqamətində növbəti addım atıb. YAP-ın rəsmi saytının yaydığı məlumata görə, müraciətdə qeyd olunur ki, YAP Gənclər Birliyinin üzvləri Fransa Prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının-Senat və Milli Assambleyanın və hökumətin hər bir üzvünə fərdi qaydada "Xocalı soyqrımını tanı!" başlığı altında müraciət ünvanlayıb.
   
   
   
   Xocalı soyqırımı haqqında faktları və statistik məlumatları ehtiva edən sənədə faciəni özündə əks etdirən fotoşəkillər əlavə olunub. Müraciətdə qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə erməni hərbi birləşmələri hücum edib. Bu amansız hücumun nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyildir.
   
   Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlardır. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
   
   Müraciətdə xatırladılır ki, Azərbaycanın ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan yuxarı azərbaycanlı öz yaşayış məskənlərindən qovulub, minlərlə insan həlak olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr - 822, 853, 874, 884 - pislənmiş və işğal olunmuş ərazilərin azad olunması tələb edilmişdir. Münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT- in Minsk Qrupunun bu il 20 ili tamam olur. Ancaq hələ də Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan ordusunun nəzarəti altındadır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir: "Biz sizə müraciət edirik: Bəs Siz, Fransa qanunvericiləri - senatorlar, parlamentarilər, hökumət üzvləri Xocalı soyqırımına nə vaxt münasibət bildirəcəksiniz? ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ordusundan azad edilməsini nə vaxt tələb edəcək?"
   
   YAP Gəncər Birliyi eyni məzmunda müraciətlərin müxtəlif dillərdə xarici ölkələrin parlament və hökumət üzvlərinə göndəriləcək və bu aksiya davam etdiriləcəyini bəyan edib.
"Fransanın yolu ilə getməyəcəyik" Klinton ermənilərə "dağ çəkdi"
ABŞ Fransa kimi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək. Dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə deyib ki, ABŞ bu məsələdə Fransanın yolu ilə getməyəcək. Hillari Klinton bildirib ki, düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir: "İnsanlar ABŞ-da nə istəsə, danışa bilərlər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik". Hillari Klinton erməni soyqırımının tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətlərin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər.
   
   
ATƏT rəsmisi Dağlıq Qarabağın Azərbaycanlı İcmasıyla görüşüb
ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Predreyk Mörfi Azərbaycana səfəri çərçivəsində "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, qaçqın problemi və bu münaqişənin bölgənin inkişafına mənfi təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. O münaqişənin sülh yoluyla həllinə ümidlə yanaşdığını deyib. Predreyk Mörfinin səfər çərçivəsində keçirəcəyi görüşlərdən sonra mətbuata açıqlama verəcəyi gözlənilir.
Erməni siyasətçi narazıdır
"Fransa Senatının qəbul etdiyi qanun Ermənistandakı ac əhalinin qarnını doyuzdurmayacaq"
"Ermənistanda heç bir siyasi proses yoxdur, bu ölkədə yalnız tiran və tiraniya var".
   
   Ermənistan KİV-lərin yaydığı məlumata görə, bu sözləri "Sardrapa" hərəkatının rəhbəri Æirayr Sefilyan deyib. Ermənistanın öz tarixinin ən rüsvayçı dövrünü yaşadığını vurğulayan Æ.Sefilyan bildirib ki, ölkə göz qabağında dağılıb gedir: "Lakin hakimiyyət başında olan Serj Sarkisyan kimi tiran xarici dövlətlərin qulluğunda duraraq onların tapşırıqlarını yerinə yetirir. Qarşıdakı parlament seçkiləri də siyasi şoudan başqa bir şey olmayacaq. Əhalinin vəziyyəti gündən-günə ağırlaşır. Ölkəni tərk etmək istəyən insanlar Yerevanda fəaliyyət göstərən Qərb dövlətlərinin səfirliklərinin qarşısında saatlarla alçalaraq dayanıb viza istəyirlər".
   
   Hərəkatın rəhbəri qeyd edib ki, Ermənistanın iqtisadiyyatı, daxili və xarici siyasəti iflasa uğrayıb. Fransa Senatının qəbul etdiyi qanun Ermənistandakı ac əhalinin qarnını doyuzdurmayacaq.
Qəzetə ad tapa bilmirlər
Daha 206 mətbu nəşr qeydə alınıb
Azərbaycanda dövlət qeydiyyatına alınan qəzetlərin və digər mətbu nəşrlərin sayı durmadan artır.
   
   Artıq ölkədə rəsmi qeydiyyatı olan media orqanlarının sayı 4500-ə çatıb. Amma reallıq göstərir ki, rəsmi qeydə alınmasına baxmayaraq mətbu nəşrlərin 90 faizinin gerçək fəaliyyəti yoxdur. Araşdırma nəticəsində məlum olub ki, yeni nəşr qeydiyyatdan keçirmək üçün ad qıtlığı yaranıb. Yəni mediaya uyğun, ona yaxın olan bütün adlarda qəzet, jurnal, agentlik və digəır mətbu nəşr təsis olunub.
   
   Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2011-ci ildə 206 mətbu nəşr uçota götürülüb.
   
   2010-ci ildə nazirlik tərəfindən uçota götürülən mətbu nəşrlərin sayı 221 olub.
Cəmil Çiçək deputatlarımıza nə dedi?
"Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar"
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilov Ankaraya səfər edib. Yanvarın 26-da nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.
   
   Türkiyə parlamentinin spikeri Fransa Milli Assambleyası və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarından danışıb. O, Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb. Cəmil Çiçək qeyd edib ki, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar. Həmin gün Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olublar. Səfər davam edir.
   
   
"Ərdoğan tələsir..."
Putin: "Türkiyədə hələlik belə mütəxəssislər yoxdur"
Rusiyanın baş naziri Vladimir Putin Türkiyənin Mersin bölgəsində inşa ediləcək atom elektrik stansiyası (AES) ilə bağlı Türkiyənin çox tələsik davrandığını söyləyib.
   
   "Trtazerbaycan.com" saytının məlumatına görə, Rusiyanın Türkiyədə atom stansiyası tikəcəyini bildirən Vladimir Putin deyib ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə danışıb.
   
   O, Rəcəb Tayyib Ərdoğanın da bu məsələdə tələsdiyini dilə gətirib: "Hər şey planlaşdırdığımız kimi gedir. Türkiyə qanunvericiliyindən irəli gələn bəzi problemlər var. Orada işləyən hər xarici işçi ilə bərabər ən az 5 türk işçi olmalıdır. Amma nüvə layihələrində bu çox çətindir. Çünki yüksək səviyyəli mütəxəssislər lazımdır. Türkiyədə isə hələlik belə mütəxəssislər yoxdur. Amma əminəm ki, olacaq. Yəni hər şey öz yolu ilə gedəcək".
   
   
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws