Erməni siyasətçi narazıdır
"Fransa Senatının qəbul etdiyi qanun Ermənistandakı ac əhalinin qarnını doyuzdurmayacaq"
"Ermənistanda heç bir siyasi proses yoxdur, bu ölkədə yalnız tiran və tiraniya var".
Ermənistan KİV-lərin yaydığı məlumata görə, bu sözləri "Sardrapa" hərəkatının rəhbəri Æirayr Sefilyan deyib. Ermənistanın öz tarixinin ən rüsvayçı dövrünü yaşadığını vurğulayan Æ.Sefilyan bildirib ki, ölkə göz qabağında dağılıb gedir: "Lakin hakimiyyət başında olan Serj Sarkisyan kimi tiran xarici dövlətlərin qulluğunda duraraq onların tapşırıqlarını yerinə yetirir. Qarşıdakı parlament seçkiləri də siyasi şoudan başqa bir şey olmayacaq. Əhalinin vəziyyəti gündən-günə ağırlaşır. Ölkəni tərk etmək istəyən insanlar Yerevanda fəaliyyət göstərən Qərb dövlətlərinin səfirliklərinin qarşısında saatlarla alçalaraq dayanıb viza istəyirlər".
Hərəkatın rəhbəri qeyd edib ki, Ermənistanın iqtisadiyyatı, daxili və xarici siyasəti iflasa uğrayıb. Fransa Senatının qəbul etdiyi qanun Ermənistandakı ac əhalinin qarnını doyuzdurmayacaq.