Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Meriya sükutunu qoruyur
Deyəsən, Hacıbala müəllim bu tərs mütənasibliyi aradan qaldırmağa tələsmir
Asif Rüstəmli: "Ola bilsin o qəbirlər köçürüləcək, ola bilsin olduğu yerdə də qalacaq, amma o yazılar mütləq silinməlidir"
Nəsib Nəsibli: "Fəxri Xiyaban öz həqiqi anlamına uyğun olsun deyə, həmin məzarlar oradan çıxarılmalıdır"

Paytaxt "Avroviziya" mahnı yarışmasına hazırlaşır. May ayında ölkəmizə Avropanın 43 ölkəsindən qonaqlar gələcək. Bu, hələ iştirakçı dövlətlərin sayıdır. Yarışmaya iştirakçı kimi qatılmayan, lakin müsabiqəni izləmək üçün gələnləri də hesaba alsaq, xeyli qonağımızın olacağı şəksizdir. Şübhəsiz, qonaqlarımızın gəzib görmək istədikləri məkanlar da olacaq. Bununla belə Azərbaycan tərəfi öz marağından çıxış edərək, sırf təbliğat məqsədilə dövlət vəsaiti hesabına görməli yerlərin gəzintisini əhatə edəcək səfər proqramı, ekskursiya marşrutu tərtib də edə bilər. Paytaxtımızda görməli yerlər çoxdur. Təbii ki, nəinki Bakının, hətta xaricdə Azərbaycanın simvolu halına gəlmiş Qız Qalası, Şirvanşahlar sarayı, ümumilikdə İçərişəhər, dənizkənarı park, saysız-hesabsız muzeylər və s. Amma ölkəmizə gələn qonaqların, istər rəsmi olsun, istərsə qeyri-rəsmi, Şəhidlər Xiyabanına, Fəxri Xiyabana ziyarətləri artıq bir ənənə halını alıb.
   
   Hətta o dərəcədə ki, qonaqlarımızın ölkəmizə, dövlətimizə və millətimizə sayğısı onların Şəhidlər və Fəxri Xiyabanı ziyarət edib-etməmələri ilə ölçülür. Şəhidlər Xiyabanı ilə işimiz yox. Fəxri Xiyabana gəlincə isə, işlər bir az qarışıqdır. Məsələ Fəxri Xiyabanda üzərində "Müsavat cəlladları tərəfindən qətlə yetirilmişdir" sözləri yazılmış qəbirlərlə bağlıdır. Ciddi ictimai və siyasi əhəmiyyət daşıyan bu məsələ dəfələrlə müzakirə mövzusu olub. Hətta Milli Məclis salonunadək gedib çıxıb və millət vəkilləri də buna kəskin etirazlarını bildiriblər. Qarabağ Azadlıq Təşkilatı isə məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və qarşı tərəfdən cavab da verilib ki, dövlət səviyyəsində bu işlə məşğul olurlar. Ancaq ortada bir nəticə yoxdur. Qəbirüstü yazılar necə vardısa, eləcə də qalmaqdadır. "Avroviziya" ərəfəsində məsələyə yenidən qayıtmağımız milli və dövlətçilik tariximizlə bağlıdır. Təsəvvür edək ki, qonaqlara Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilir və müasir Azərbaycan dövlətinin 1918-ci ildə qurulmuş demokratik respublikanın varisi olduğu deyilir. Ertəsi gün isə Fəxri Xiyabanı ziyarət edənlər bir vaxtlar demokratik cümhuriyyət qurmuş şəxslərin "əslində bir cəllad olduqlarını" görürlər. Bu, söykəndiyimiz dövlətçilik ənənələri ilə bir yerə sığmır. Bakı Şəhər İcra Hakimiyyəti isə hələ də sükutunu qoruyur və deyəsən, bu tərs-mütənasibliyi aradan qaldırmağa heç tələsmir də. Hacıbala müəllimin başı hələ ki, açar qəbul etməyə, çıxış hazırlamağa, nitq söyləməyə məşğuldur. Və ən əsası da şəhəri qazıq-qazıq etməyə. Belə getsə, zahiri gözəllik, səliqə-sahman çabaları arasında əsas məsələləri unudacaqlar. Bir halda ki, "Avroviziya" yarışmasını əlimizə düşən imkan, fürsət hesab edirik, gərək ondan hərtərəfli faydalanmağa çalışaq. Təkcə gözəlliklərlə kifayətlənməyək, həm də ölkəmizi və dövlətçiliyi önə çıxaraq. Fəxri Xiyabanın hazırkı durumu ilə çətin ki, buna istənilən kimi nail olaq. Ölkə ziyalıları da bu fikirdədir ki, Fəxri Xiyabanda bolşevik məzarlarının üzərindəki o yazılar dövlətçiliyimizə zərbədir. Və bu biabırçılıq tez bir zamanda aradan qaldırılmalıdır.
   
   Filologiya elmləri üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Asif Rüstəmli "Şərq"ə açıqlamasında sözügedən qəbirlərlə bağlı öz mövqeyində qaldığını dedi:
   
   - Bolşeviklərə, Kommunist Partiyasının üzvlərinə ehtiyatlı yanaşmaq lazımdır. Onların arasında elələri olub ki, əyinlərinə kommunist mundiri geyinsələr də, sinələrində həqiqi vətənpərvər ürək daşıyıblar. Məsələn, Nəriman Nərimanov. Bu tip insanlar olub. Onlar öz səadətlərindən keçiblər, bu xalqın səadəti üçün çalışıblar. Yəni Kommunist Partiyasının üzvləri, bolşeviklərin sırasında olanlar xalqa eyni səviyyədə xidmət etməyiblər. Aralarında Vətəni, xalqı həqiqi sevənlər də olub. Ona görə də bu məsələyə fərdi yanaşmaq, obyektiv qiymətləndirmə aparmaq lazımdır. Biz bu gün onlara qarşı ehtiyatsız davransaq, sabah bizə qarşı da eyni cür davranacaqlar. Demək istəyirəm ki, keçmiş kommunistlər, bolşeviklərlə bağlı qiymətləndirmə apararkən onların xalqa xidmətlərinə baxılmalıdır. İnsanın siyasi düşüncəsi fərqli ola bilər, amma bəlkə bu insan xalqı üçün, Vətəni üçün doğru bildiyi yolla gedib, qəlbən onun səadəti üçün yanıb, çalışıb. Amma şübhəsiz ki, qəbirlərin üstündə o cür ifadələrin yer almasına heç cür haqq qazandırmaq olmaz. O cür ifadələr Kommunist Partiyasının siyasi rəngindən başqa bir şey deyil. Müasir gənclik o ifadələri birmənalı olaraq qəbul etmir. Müsavatçılıq milli ideologiyanın beşiyidir. Onu təhqir etmək, bütün millətə təhqirdir. Ola bilsin o qəbirlər köçürüləcək, ola bilsin olduğu yerdə də qalacaq, amma o yazılar mütləq silinməlidir. Çünki həmin yazılar bizim dövlətçiliyimizə ziddir.
   
   Tarix elmləri doktoru Nəsib Nəsibli isə hesab edir ki, Fəxri Xiyabandakı bolşevik qəbirləri oradan birdəfəlik götürülməlidir:
   
   - Necə ki, "26-lar"ı parkdan apardılar, bu bolşevik məzarları da Fəxri Xiyabandan eləcə çıxarılmalıdır. Onların məzarlarının orada qalması Fəxri Xiyaban anlayışına uyğun gəlmir. Necə ola bilər, üstünün yazısı silinsin, amma altda yenə həmin insanın məzarı qalsın?! Azərbaycanı bolşevik, kommunist ideologiyasına qurban verənlər yenə orada qalacaqlar da. Fəxri Xiyaban öz həqiqi anlamına uyğun olsun deyə, həmin məzarlar oradan çıxarılmalıdır. Amma təbii ki, təhqir etmədən, qaydalara uyğun şəkildə köçürülmə olmalıdır. Çünki o insanların qohumları var. Sayğısızlıq etmək yaraşmaz. Ancaq Fəxri Xiyabanda bolşevik məzarları olmamalıdır. Ümumiyyətlə, bolşevizm bizim millətə, xalqa yad bir ideologiyadır. Və bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini devirib sovet hakimiyyəti qurması və kommunist ideologiyasını bərqərar etməsi Azərbaycan tarixinin qara ləkəsidir. Amma tarix həmin adamların cavabını verdi. Nəyin doğru, nəyin yanlış olduğunu hamı gördü. Ona görə də qəbir daşlarından o ifadələri silməklə iş bitmir, həmin qəbirlər birdəfəlik Fəxri Xiyabandan çıxarılmalıdır.
   
   Qeyd edək ki, hazırda Fəxri Xiyabanda Mirbəşir Qasımov, Əli Bayramov, Qasım İsmayılov, Həşim Əliyev, MirFəttah Musayev və s. kimi bolşeviklərin məzarı qalmaqdadır. Qəbirlərdən bəzisinin başdaşında "Müsavat cəlladları tərəfindən qətlə yetirilmişdir" kimi yazılar var. Məsələnin həllini üzərinə götürmüş Bakı Şəhər İcra Hakimiyyəti isə bu işlə məşğul olmağa hələ ki, tələsmir.
   
   
Məlahət Rzayeva
Oxunub: 74
ARXİV
"Kitab yandırmaq, musiqini qadağan etmək mədəni xalqa yaraşmaz"
Rüstəm İbrahimbəyov Fransaya qarşı 30-40 minlik mitinq keçirilməsini istəyir
Meriya sükutunu qoruyur
Deyəsən, Hacıbala müəllim bu tərs mütənasibliyi aradan qaldırmağa tələsmir
Türkiyə AŞ PA-da hərəkətə keçdi
Qurumun qış sessiyasının son iclasında "Söz azadlığının məhdudlaşdırılması təhlükəsi" adlı bəyanat yayılıb
Birgə əməkdaşlıq ediləcək
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 23 QHT ilə anlaşdı
Prokurorluq orqanlarının 5 işçisi barədə cinayət işi başlanıb
"Bunları Türkiyə mətbuatı niyə bilmir?"
Az öncə Azərbaycana gələn türkiyəli millət vəkilləri qardaş köməyini dilə gətirməlidirlər
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws