2015-10-15 00:40:49   |   6190 dəfə oxunub

Səs-küylü qətllə bağlı reportaj yayıldı

Erməni qızına aşiq olan azərbaycanlı oğlan onu niyə öldürdü?



Rusiyanın NTV kanalı Moskvada aşiq olduğu erməni qızını qətlə yetirən azərbaycanlı gəncin törətdiyi bu səs-küylü qətllə bağlı reportaj yayıb. Virtualaz.org xəbər verir ki, həmin gəncin adının Emil Zülfüqarov olduğu bildirilib. Telekanalın verdiyi məlumata görə, məhkəmə artıq Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi olan Emil Zülfüqarovun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Emil Zülfüqarovun sevgisini rədd etdiyi üçün öldürülən erməni qızının adı isə Anna Sərkisyandır. Onlar qonşu binalarda yaşayıblar.

Qətl anını küçədə qoyulmuş videomüşahidə kamerası qeydə alıb. Kadrlardan görünür ki, azərbaycanlı gənc aşiq olduğu qızın qarnına bıçaqla bir neçə zərbə endirir, daha sonra hadisə yerindən qaçır. Qan içində olan qız asfaltda uzanıqlı qalır və təcili tibbi yardım gələnə qədər keçinir.

İstisna deyil ki, bu qətllə bağlı erməni qızın valideynlərinin şikayətinə məhəl qoymayan hüquq-mühafizə orqanları əməkdaşları da cavab verməli olacaqlar.

Rusiyada azərbaycanlı gənclə erməni qız arasında "Əsli və Kərəm” dastanının motivlərini xatırladan məhəbbət dramı yaşayıblar Bu əhvalat haqda "Moskovskiy komsomolets” qəzeti də yazıb.

Qəzetin yazdığına görə, qətl hadisəsi ötən bazar günü Moskvada baş verib. Piroqov adına Rusiya Tibb Universitetinin 19 yaşlı tələbəsi olan qız metronun "Oqradnoye” stansiyasının qarşısında azərbaycanlı gənc tərəfindən bıçaqlanaraq öldürülüb.

Xəbərdə bildirilir ki, "ağıllı, tərbiyəli” erməni qızın arxasınca Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin III kursunda oxuyan, 19 yaşlı "qeyri-adekvat gənc” düşübmüş.

Onlar hələ orta məktəbdə oxuyarkən görüşüblər, ancaq belə görünür ki, Anna münasibətləri kəsməyi qərara alıb. Lakin bu, Emili qane etməyib və o, heç də normal olmayan metodlarla qızın etimadını yenidən qazanmağa çalışıb. Məsələn, o, dostları ilə birlikdə maşın korteji təşkil edərək qızın yaşadığı evin qarşısında dayanıb, yaxud onun dalınca adam salaraq izlətdirib.

Dostları qızın hər addımı barədə ona məlumat çatdırıblar. Həmçinin azərbaycanlı gənc qızı hədələyib.

Qızın atası dəfələrlə oğlanın anasından bu təqiblərə son qoyulmasını istəyib, ancaq Emilin anası oğlunun hərəkətlərinə bəraət qazandırıb. Bildirilir ki, qız və valideynləri bir neçə dəfə polisə şikayət də ediblər, ancaq müstəntiqlər ortada cinayət tərkibi tapmayıblar.

Nəhayət, oktyabrın 12-də Anna metronun "Frunzensk” stansiyasından evlərinə yola düşüb. Atasına tezliklə evə gələcəyinə dair SMS göndərib. Ancaq aradan iki saat keçsə də qız gəlməyib. Atası onun dalınca metroya gedib və qızının cəsədini Xaçaturyan küçəsi, ev 16 ünvanında küçədə aşkar edib.

İlkin məlumatlara görə, Emil qızı metronun qarşısında gözləyib və zorla başqa səmtə çəkərək qısa söhbətdən sonra ona bir neçə bıçaq zərbəsi endirib. Hazırda o, həbs edilib. Qızın atası şokdadır və azərbaycanlı gənci öldürəcəyini deyir.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17