2015-10-21 00:16:49   |   6574 dəfə oxunub

Tamamilə gerçək: Bir gözü qəhvəyi, digəri mavidir



İctimai media 20 yaşlı Sarah McDaniel adlı modelin fotoşəkilləriylə çalxalanır desək, yanılmarıq. Gözlərindən birinin bal rənginə yaxın bir qəhvəyi tonda, digərinin isə mavi olduğunu görən hər kəs heyrətlənir.

Instagram hesabından yüklədiyi şəkilləri ilk görənlər əvvəl inanmaqda çətinlik çəkir. Ancaq fotolar tamamilə gerçəkdir. Heç bir photoshop hiyləsi yoxdur. Gənc modelin bir gözü qəhvəyi, digər gözü isə mavidir.

Fərqli göz rənglərinə sahib olmaq əslində genetik bir anormallıqdır. Tibbi dildə adı "heterokromisi iridyum” adlanır və hər 1000 doğumdan 6 körpədə bu vəziyyətə rast gəlmək mümkündür...

Sarah McDaniel fərqli göz rəngləri sayəsində böyük bir məşhurluq qazanıb.






SON XƏBƏRLƏR

2018-11-21