2015-10-21 00:22:07   |   6270 dəfə oxunub

Qulaqları qapanır

3 yaşlı Tural görənləri heyrətləndirir



Mingəçevir şəhərində yaşayan 3 yaşlı Tural Məmmədli əmzikdən istifadə edərkən qulaqları qapanır.

El TV ( Region TV) xəbər verir ki, dayısı tərəfindən övladlığa götürülən Turalda bu hal 1 yaşında olarkən yaranıb. İndi o, qulaqlarını əmziklə idarə edir. Balaca əmziyi ağzına alarkən qulaqlar bir az qatlanır. Sonra körpə əlləri ilə onu içəri salır. Əmziyi çıxardıqdan sonra qulaqlar içəridə qalır. Əvvəllər Turalda bu hal yalnız yatanda baş verirdisə, indi yatmazdan qabaq da müşahidə olunur. Qəribəsi odur ki, Turalda bu hal vərdiş halına çevrildiyindən digər əmzikdən istifadə etmir. 3 yaşlı uşaqdakı bu qəribəlik insanlarda da maraq doğurub. Hətta bəziləri körpənin bu halını görüb onun qulaqsız olduğunu düşünürlər. Uşağın valideynləri və yaxınları isə Tural böyüdükcə bu halın baş verməyəcəyinə ümid edirlər. Həkimlər Tural Məmmədlinin normal inkişaf etdiyini və bu halın onun səhhətində problem yaratmayacağını deyirlər.






SON XƏBƏRLƏR

2018-11-21