2015-10-21 01:16:03   |   6206 dəfə oxunub

Gələn ilin büdcə layihəsi qəbul edildi

Hökumət deputatların təklifini nəzərə alıb



Dünən Milli Məclisdə gələn ilin büdcə layihəsinə baxılıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2016-ci ilin dövlət və icmal büdcəsi komitələr və plenar iclaslarda müzakirə olunub. O qeyd edib ki, deputatlar tərəfindən qaldırılan məsələlərə hökumət baxıb: "Qaldırılan məsələlərdən bir çoxunun büdcə məsələlərinə aid olmadığı, dövlətin sosial iqtisadi inkişaf konsepsiyasına aid olduğu müəyyən edilib.

Xərc tələb edən məsələlər isə ətraflı öyrənilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərin həlli ilə bağlı 2016-cı ilin büdcə layihəsində 50 faiz artırılaraq 150 milyona çatdırılacaq”. Nazir bildirib ki, bunlar Dövlət Neft Fondunun 50 milyon artırılması hesabına həyata keçiriləcək: "Təklif nəzərə alınaraq "Dövlət büdcəsi haqqında” qanunun 16-cı maddəsində icmal büdcənin xərcləri 19 mlrd. 956 mln. manata çatdırılacaq. Fondun gəlirləri nəzərə alınmadan kəsir 9 milyard 948 milyon manat təşkil edəcək. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsində baxılıb və plenar iclasda müzakirəsi tövsiyə olunub. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatdan az olanların gəlir vergisinin güzəşt çıxarılması, qəbul edilən dəyişiklik problemin aradan qaldırılmasına, 500 mindən çox insanın aylıq gəlirlərinin 3-9 faiz artmasına kömək edəcək. Məcəlləyə edilən dəyişiklik kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə kömək edəcək. Vergi Məcəlləsinə sözügedən dəyişikliklərin edilməsi 2016-cı il büdcə layihəsində də bəzi texniki dəyişikliklərin edilməsinə səbəb olacaq”.

Bundan sonra 2016-cı ilin dövlət büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

Anar






SON XƏBƏRLƏR

2018-12-11