2015-10-21 01:49:44   |   6813 dəfə oxunub

Eynulla Fətullayev Moskva aeroportunda saxlanılıb




Oktyabrın 21-22-də Moskvada keçiriləcək Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmağa gedən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Moskva aeroportunda Rusiya Gömrük Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
 E.Fətullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, o, aeroportda təyyarədən enən kimi saxlanılıb. Aeroportun gömrük idarəsinin əməkdaşları jurnalisti yoxlamağa başlayıblar. Yoxlanış bir saatdan çox çəkib. E.Fətullayev kobud rəftara məruz qaldığını bildirib. Jurnalistin əl baqajı və şəxsi kompüteri yoxlanıb.
E.Fətullayev Rusiya Prezidenti Administrasiyasına zəng vurduğunu, lakin heç bir reaksiya verilmədiyini bildirib.
E.Fətullayev Olimpiyaçıların I Ümumdünya Forumunun işində iştirak etməkdən imtina etdiyini bildirib.
Qeyd edək ki, E.Fətullayev Moskvaya Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə gedib.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18