2015-10-27 00:29:41   |   6305 dəfə oxunub

Prezidentlərin görüşü baş tutacaq

Həmsədrlər nəticəyə nail olmaq üçün çalışır



Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri cari ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirlər.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin sözlərinə görə, prezidentlərin görüşlərinin təşkil edilməsi məsələsi onun regiona səfəri zamanı müzakirə olunacaq maddələrdən biridir.

"Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək. Ona görə, prezidentlərin qrafiki ilə bağlı olaraq belə bir görüş referendumdan sonra, lakin ilin sonuna kimi təşkil oluna bilər”.

Buna qədər prezidentlərdən aşağı səviyyədə danışıqlar prosesini intensivləşdirməyin vacib olduğunu vurğulayan həmsədr deyib ki, bu komissiya və ya işçi qrupu ola bilər. Bundan əlavə ATƏT-in vasitəçilik etməyə hazır olduğu xalq diplomatiyası layihələri də lazımdır.

Siyasi müzakirələrdən belə təəssürat yaranıb ki, bu görüş və yeni təkliflərə ümidlər böyükdür. Ancaq əks təqdirdə Azərbaycanın atacağı addım da maraqlıdır. O zaman problemin yenə də hərbi müstivədə həll edilməsi vainatı qaçılmaz sayılır. Politoloq Qabil Hüseynli hesab edir ki, prezidentlərin görüşü baş tutacaq: "Hələlik məsələlər xarici işlər nazirləri səviyyəsində müzakirə edilib. Həmsədrlər də bölgəyə gəlib prezidentlərin görüşünün baş tutması üçün son akkordları vurmalıdırlar. Bu görüş nəticə əldə edilməyə yönəlib. Çünki, hazırda proseslərin içərisində Rusiyanın aktiv rolunu müşahidə edirik. Buna görə də demək olar ki, nəticə əldə etmək mümkün olacaq”.

Politoloqun fikrincə, görüşdə əldə ediləcək nəticə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun mərhələ-mərhələ geri qaytarılması məsələsidir: "Bu məsələ ətrafında nəticə əldə edilsə, prosesdə irəliləyişə doğru addım olacaq”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21