2015-10-27 01:27:00   |   6181 dəfə oxunub

Amerikalı beynəlxalq ekspert dünya liderlərinə yol göstərdi

“Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Qərb dövlətləri Ermənistandan səfirlərini geri çağırmalıdır”



Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır. "Şərq” qəzeti xəbər verir ki, bu barədə ABŞ-ın Market Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys bildirib.

Ekspertin sözlərinə görə, Ermənistana işğalçı siyasətinə görə Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməlidirlər: "Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini təmin etməkdə öz töhfəsini verməlidirlər. Ermənistana siyasi təzyiq göstərmək və bu ölkənin işğalçı qoşunlarının Azərbaycanın suveren ərazilərindən çıxarılması üçün Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməli və öz səfirlərini İrəvandan geri çağırmalıdırlar”.

Analitikin fikrincə, Suriyadakı vətəndaş müharibəsi Rusiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən yayındırır və bu proses davam edə bilər: "Azərbaycan üçün ən mühüm məsələ dünya ictimaiyyətini Ermənistan kimi işğalçı bir dövlətin beynəlxalq qanunlara məhəl qoymadan 30 ilə yaxın bir müddətdə Azərbaycanın günahsız vətəndaşlarını öldürməkdən zövq aldığına inandırmaqdır”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-11-21