2015-10-27 01:39:42   |   5766 dəfə oxunub

Seçkiyə gəlin, fəal olun!

Musa Ağayev seçicilərlə görüş keçirib



118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd Musa Ağayev növbəti dəfə seçicilərlə möhtəşəm görüş keçirib. Musa Ağayevin Seçki Qərargahından verilən məlumata görə, bu dəfə Mehdiabad qəsəbəsində seçicilərlə görüşdə qəsəbə sakinləri, ağsaqqallar, qəsəbədə yaşayan ziyalılar məcburi köçkünlər iştirak ediblər.

1000-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə Musa Ağayev özünün siyasi fəaliyyəti ilə bağlı ətraflı məlumat verib və onlara seçkilərdə fəal iştirak etmək üçün çağırış edib. Seçiciləri qarşısında çıxış edən Musa Ağayev onun namizdəliyinin təsdiq olunması üçün imza verən ağdamlılara təşəkkürünü bildirib. O qeyd edib ki, Milli Məclisə deputat seçiləcəyi təqdirdə seçicilərini narahat edən məsələlərin həllinə yaxından köməklik göstərəcək: "Çox təəsüf ki, Ağdam şəhərindən Milli Məclisə millət vəkili seçilən şəxslər bu günə qədər yalnız insanlara vədlər verərək onları aldatmaqla məşğul olublar. Hüquqları tapdalanan insanların səsinə biganə yanaşıblar. Bunu mən özümdən demirəm, siz də bunu yaxşı bilirsiniz. Artıq bir neçə gündür ki, ağdamlılarla görüşlərim davam edir. Onlar məhz Ağdamdan seçilən millət vəkillərinin fəaliyyətlərindən həddən artıq narazılıqlarını bildirirlər. Odur ki, ədalətli seçkilərin baş tutması üçün hamınızın seçkilərdə iştirak etməyinizi vacib sayıram. Əgər hamımız seçkilərdə fəail iştirak etsəniz saxtakarlıqların qarşısın almalı olarsızınız. Üzümü həmin şəxlərə tutub deyirəm ki, bir adam kütləni hər zaman, hər dəfə aldad bilməz”. Sonda M. Ağayev seçicilərindən seçkiyə gəlmələrini, demokratik prosesdə iştirak etmələrini, ümumiyyətlə Azərbaycanda seçki mədəniyyətinin inkişafında iştirakçı olmaq üçün seçkilərdə fəal iştirak etmələrini xahiş edib.






SON XƏBƏRLƏR

2018-11-15