2015-12-17 00:07:54   |   5647 dəfə oxunub

Dünyada yalnız 2 ədəddir

Bu tarixi möhürün 3 min 600 illik yaşı var



Türkiyənin Çorum bölgəsində tarixi əsər qaçaqmaçılarına qarşı təşkil edilən əməliyyatda, 3 min 600 illik yaşı olan möhür ələ keçirildi. Bu möhürdən dünyada yalnız iki ədəd olduğu öyrənildi.

Əldə edilən məlumata görə, bir kəşfiyyat xəbərini alan təhlükəsizlik qrupları, H. A. adlı şəxsin Ankaradan Çoruma tarixi əsər gətirərək satacağı məlumatını alıb. Bundan sonra həmin şəxsi

təqibə alan polis qrupları, H.A.ı istifadə etdiyi avtomobillə birlikdə saxlayıblar. Axtarış zamanı H.A.ın pencəyinin cibindəki qutuda 1 ədəd üzərində müxtəlif fiqur və rəqəmlər olan yarım ay şəklində qulplu möhür, 2 ədəd sikkə, ələ keçib.

Çorum Qubernatorluğundan verilən şərhdə belə deyilir:

"Muzey müdirliyindən alınan ilkin ekspertiza hesabatında tarixi möhürün 3 min 600 illik yaşı olduğu, o dövrdə kral ilə katib arasında yazışmalarda istifadə edildiyi bildirilib. Möhürdən dünyada yalnız 2 ədəd var. Bir ədədinin də Amerikada olduğu və əvvəlki illərdə Çorumdan Amerikaya qaçırıldığı bildirilir. Digərinin isə aşkarlanan qiymətli tarixi möhür olduğu müəyyənləşib.






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24