2016-04-07 15:43:03   |   464 dəfə oxunub

İstanbulda təhsil alan azərbaycanlı tələbələr Qarabağa dəstək aksiyası keçirib


Dünən İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib. Tədbiri İstanbulda təhsil alan azərbaycanlı tələbələr təşkil edib.
100-dən çox azərbaycanlı və türk tələbə Qarabağda  düşmənin təxribatına sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusuna həmrəylik sevgilərini "Qarabağ bizimdir, bizim olacaq", "Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa,yaşa çox yaşa,ey şanlı Azərbaycan!” kimi şüarlarını səsləndirməklə çatdırıblar.
Gənclər Azərbaycan ordusuna həmrəyliyini göstərmək və Qarabağa qarşı ədalət tələbi ilə Taksimdə mətbuat işçiləri qarşısında fikirlərini söyləyiblər. İstiqlal küçəsindən keçən insanlar Qarbagdakı  durumla bağlı məlumatlandırılıb. Təhlükəsizlik məqsədilə ətrafda çoxlu mülki polislər olub. İştirakçılar "Qalatasaray" liseyi önündə toplandıqdan sonra tədbir yekunlaşıb.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17