2016-11-15 11:11:23   |   634 dəfə oxunub

İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib


İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti baş məşqçi postunda təsdiqləyib.

Sem Ellardaysın istefasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən Sautqeytin rəhbərliyi altında komanda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Bundan sonra yerli assosiasiya Sautqeytlə müqavilə imzalamaq qərarına gəlib.

Nəticədə 46 yaşlı mütəxəssis yeni komandası ilə 4 illik sazişə qol çəkib. İllik məvacibi 1,5 milyon funt-sterlinq təşkil edəcək gənc mütəxəssisin müqaviləsində yer alan bəndə görə, uğursuz çıxış təqdirində assosiasiya DÇ-2018-dən sonra anlaşmaya xitam vermək hüququna malik olacaq.






SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16