2016-12-09 17:20:51   |   212 dəfə oxunub

Aktyorlar “Möhtəşəm yüz il Kösəm Sultan”dan pul almırlar



Osmanlı tarixinin ən qüdrətli sultanı - Kösəm Sultanın həyatını anladan "Möhtəşəm yüz il Kösəm Sultan” serialıyla əlaqədar çox maraqlı bir məlumat yayılıb.
Keçən mövsüm Kösəm Sultanın iqtidara necə gəldiyini izah edən serial bu mövsüm sürprizlərlə başladı. Kösəm Sultan rolunu canlandıran Beren Saatın yerinə Kösəmin daha yaşlı dövrünü canlandıran ikinci mövsümdə Nurgül Yeşilçay meydana daxil oldu. Tarixi serial olduğundan serialda çox sayda insanlar rol alır. Gazetevatan.com-un əldə etdiyi məlumatlara görə, Kösəm Sultan serialında yer alan aktyorlara serialın istehsal şirkəti hər hansı bir ödəniş ödəmir. Bunun səbəbi isə sadədir. Istehsalçı şirkət hesab edir ki, "Möhtəşəm yüz il” əsrin bir markasıdır, bu serialda rol almaları belə onlar üçün böyük bir qazancdır. Buna görə serialda kiçik rollarda oynayanlara pul ödənmir.







SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18