2016-12-12 12:20:48   |   307 dəfə oxunub

Canlı oxuya bilmirlər, ona görə restoranlarla əməkdaşlıq edirlər

Tolik: “Mən studiyaya getsəm, onlardan yaxşı oxuyaram”

“Acınacaqlısı odur ki,bu gün muğam ifa edən xanəndələrimiz də var ki, toyda, mərasimdə əlinə qaval götürüb, fonoqram ifa edir”



Azərbaycan səhnəsində, xüsusilə şou-biznesində durğunluq yaşanır. Adətən səsli-küylü, söz-söhbətli, qaynayan şou-biznesin bu gün demək olar varlığı ilə yoxluğu hiss olunmur. İndi demək olar ki, Azərbaycan səhnəsində yenilik edən, maraqlı klip və layihələrlə gündəmi zəbt edənləri görmək mümkün deyil. Əvvəllər konsert proqramı ilə biri-birinə meydan oxuyanlar, maraqlı kliplərlə rəqabətə can atan şou əhlini bu gün susqundur.

Şou-biznesin adətləri, ənənələri də dəyişib. Bu gün müğənnilərin yeni vərdişləri, sənət aləmində
tərzləri də üslubunu, görkəmini dəyişib. İndi konsert adı ilə restoranı səhnə kimi göstərənlərin sayı
çoxalıb. Müğənnilər restoranlarda çıxışlarını səhnə ilə səhv salıblar. Əslində səhv də salmırlar, indi
müğənnilər də böyük səhnələrdə çıxış etməyə imkanları çatmayanda bəhanə axtarırlar. Əvəzində də
restoranda oxumaqla konsert verdiklərini iddia edirlər. Bəs niyə sənətçilərimiz konsert salonlarında
deyil, restoranlarda səhnə almağa maraq göstərirlər?

Azərbaycanın tanınmış prodüseri Tolik "Şərq”in suallarını cavablandırdı: 

"Bu gün müğənnilərimiz restoranlarda beş-on nəfərin qarşısında çıxış edir, adını da qoyur ki, konsert verdim. Qaldı Türkiyə ilə müqayisəyə, Türkiyədə bəli, elə restoranlar var ki, Türkiyənin tanınmış və nüfuzlu sənətçiləri o məkanda konsert verirlər. Türkiyədə, İstanbulda sosyete, yəni ictimai nüfuza malik ailələr məhz bu məkanlarda əylənməyi sevir. İstanbuldakı "Günay” adlı həmin restoranda Bülent Ersoydan tutmuş, Ebru Gündəşə, Sibel Cana qədər ildə 4 dəfə böyük konsertlər təşkil edirlər. Mən özüm həmin məkanda Bülent Ersoyun konsertində iştirak etmişəm. Məkan olaraq deyim ki, elə dəbdəbəli, möhtəşəm bir yerdi? Qətiyyən. Bizim bir çox restoranlarımız qat-qat ordan daha gözəl şəkildə tikilib. Amma bir məsələ var, bu məkan böyük nüfuza sahibdir və İstanbulun ən üzdə olan insanları məhz həmin yerə üz tuturlar. Bizdə də bu gün restoranlarda çıxış edən müğənnilər var. 

Onlar nə düşünür? Deyim. Heydər Əliyev adına Sarayda konsert vermək hər müğənninin gücü daxilində deyil. Söhbət təkcə o sarayda konsert vermək məsuliyyətindən getmir. Eyni zamanda maddiyyatdan danışırıq. Sarayda bir gün konsert vermək üçün ən azı müğənniyə 50-60 min manat vəsait lazımdı. Bu vəsaiti də biletlə əldə etmək demək olar hər müğənninin işi deyil. Bəli, elə müğənnilər var ki, onların konsertinə gələnlər var. Mən Röya ilə danışmıram, amma onun yaradıcılığı göz qabağındadı. Röyanın konsertinə böyük tələbat var. Mən bu günlərdə şahid olduğumu deyirəm. Röyanın bu yaxınlarda verdiyi konsertin 3-cü günü onun konsertinə bilet axtaran ailə 80 manatlıq bileti kassadan kənarda 200 manata aldı. 3 biletə 600 manat pul verdi. Həm də 12 sırada, indi də yadımdadı, 

Dsektrunda 12 sıradakı yerimin bir biletinə 200 manat pul verdilər. Amma belə tələbatlı müğənni
Azərbaycanda azdı. Misal üçün, Xalq artisti Faiq Ağayev ənənəvi olaraq Sarayda 5 gün konsert
verən sənətkardı. Bu il də 3 günlük konsertə hazırlaşr. Əminəm ki, konserti də anşlaqla keçəcək.
Çünki tamaşaçı səviyyəli müğənninin konsertinə gedir. Səviyyəli müğənniyə tələbat var hər zaman.
Amma bu gün canlı ifadan ehtiyat edən o qədər müğənnilər var ki. Ona görə də fonoqramla
restoranda konsert vermək həmin müğənnilərə sərf edir. Restoranla danışır, 5-10 min pulunu
qazanır, düşünür ki, min bərəkət. Canlı ifa edə bilməyən müğənnilərimiz var ki, mən də studiyaya
getsəm, onlardan yaxşı oxuyaram. Acınacaqlısı odur ki, bu gün muğam ifa edən xanəndələrimiz də
var ki, toyda, mərasimdə əlinə qaval götürüb, fonoqram ifa edir. Həqiqətən dəhşətdi. Xanəndə
fonoqramla toyda niyə oxumalıdır ki? Xanəndələr bu gün pop janrında da oxumağa başlayıblar.

Deyir mən bu janrda da oxuyuram, toy olanda dəvət et. Əgər sənin sənətin xanəndəlikdisə, heç
olmasa, əlində tutduğun qavala dəyər ver. Qavalla da fonoqram oxuyarlar? Sözümün canı odur ki,
misal üçün, 10 il əvvəl Sarayda Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva kimisənətçilərimiz böyük konsertlər təqdim edirdilər. Bugünkü sənətçilərdə bu iddia yoxdu. Elə
restoranda beş-üç manat qazanmağı düşünürlər. Ona görə də şou-biznesə maraq qalmayıb. Əslində
Azərbaycanda bu gün şou-biznes yoxdu. Varsa, göstərin, bəlkə mən görmürəm? İndi hamı düşünür
ki, ayda 3-5 toyum olsun, bəsimdi. Bu gün müğənnilər nə maraqlı klip çəkdirirlər, nə bir maraqlı
layihə təqdim edirlər. Şou-biznesdə durğunluq yaranıb. Mən Azərbaycana Türkiyədən bir çox
müğənniləri Bakıya gətirmişəm. Düzdü, biz Türkiyə boyda deyilik. Amma yenə də iş görmək,
maraqlı layihə hazırlamaq olar. Müğənnilərimiz özləri buna can atmırlar, maraq göstərmirlər. Ona
görə də böyük layihələrə iddia qalmayıb. Bu iddia da olmayanda təbii ki, məkan olaraq sıradan
restoran səhnələrinə yol açılır.

Tahirə Məmmədqızı






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18