2016-12-14 15:08:45   |   412 dəfə oxunub

İki qardaşını itirən Rahidə efirdə ağladı



Bir müddət əvvəl qardaşını itirən müğənni Rahidə Baxşəliyeva "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olub. İfaçı iki qardaşını itirdiyini deyib, göz yaşlarını saxlaya bilməyib:

"Heç kim istəməz ki, doğmalarını itirsin. Qardaşım çox cavan yaşda dünyasını dəyişdi. 2 qardaşım var idi. Biri 24, digəri isə 35 yaşında rəhmətə getdi. Yadıma gəlir ki, balaca qardaşım rəhmətə gedəndə bu birini qucaqlayıb dedim: "Ramin bir qardaşım qaldı". Heç düşünməzdim ki, vaxt gələcək onu da itirəcəm. Sümüklərim sızıldayır. Onu axırıncı dəfə o vəziyyətdə görməyim dilə gələsi deyil. Fəryadımı, acımı, çəkdiklərimi yalnız Allah duya bilər, insanlar yox. Həmişə mənim bir üzüm güləcək, bir üzüm ağlayacaq. Çünki canımın bir parçası gedib".

İfaçı özündən başqa bir bacısının qaldığını deyib:

"Bir də anam var. Ölüm Allahın hökmüdür. Biz ağlasaq da, ürəyimiz partlasa da, Allahın işinə qarışa bilmərik. Allah cavanlara dəyməsin, amma ölümün də yaşı yoxdur".








SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19