2016-12-21 21:21:34   |   327 dəfə oxunub

Moskvada Monikanın cangüdənləri müxbir və fotoqrafı döydülər


Dünya şöhrətli aktrisa Monika Bellucanın Moskva səfəri zamanı xoşagəlməz anlar yaşanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisanın cangüdənləri iki rus vətəndaşını döyüblər. Belə ki, Monika otellərdən birinə rəsmi nahara dəvət alıb. Bu zaman rusiyalı müxbir və fotoqraf ona yaxınlaşaraq, müsahibə almaq istəyiblər. Lakin cangüdənlər onları Bellucaya yaxın buraxmayıblar.
Bundan əsəbləşən fotoqraf cangüdənləri söyməyə başlayıb. Təhqirə dözməyən cangüdən onu yerə yıxaraq döyüb. Araya müxbir və digər cangüdənlər də giriblər.
Fotoqrafın verdyi məlumata görə, onun aparatına ziyan dəyməsə də, amma özü və yoldaşı yaxşıca zədələniblər.

Xatırladaq ki, Monika Rusiyaya "Saman yolu” filminin təqdimat mərasiminə qatılıb. Bu, onun ölkəyə ikinci səfəridir.







SON XƏBƏRLƏR

2017-10-17
2017-10-16