2016-12-22 02:18:52   |   561 dəfə oxunub

Xərçəngdən əziyyət çəkən rejissor gileyləndi

“İllərlə çalışdığım, çörək kəsdiklərimin bir dəfə də yadına düşmədim”


Qan xərçəngindən əziyyət çəkən və uzun müddətdir xəstəxanada müalicə alan rejissor Şahin Zəkizadə evə buraxılıb. Bu haqda rejissor "Şərq”ə özü danışıb. Rejissorun sözlərinə görə, bir müddət sonra müalicənin üçüncü kursuna başlayacaq:

"90 günlük müalicədən sonra birinci atamı ziyarət etdim. 20 günlük fasilə verilib. Daha sonra müalicəmin üçüncü kursu başlayacaq. İlik köçürülməsi ilə bağlı tibbi müayinələrdən keçmək üçün İran və Türkiyəyə getməliyəm. İnşallah, bu həftə yola düşməliyəm. Allah hər kəsin köməyi olsun, hamıya təşəkkür edirəm. Heydər Əliyev Fonduna ailəmiz adından minnətdarlığımı bildirirəm”.

Şahin Zəkizadə xəstəliyin onun üçün bir sınaq olduğunu da vurğulayıb: "Mən Allahıma bağlı insanam. Yəqin ki, bu da Allahın bir sınağıdı. Mənim bu sınağımda mənə dost olaraq dəstək olanlar da oldu, məni unudanlar da. Mən həm də insanları tanıdım, əsl dostların kimliyini öyrəndim. Mən əsasən bu xəstəliyimdə özümü tanıdım. Şükür etmək lazımdı. Mən Allahıma bu günüm üçün də şükür edirəm. Bu xəstəlik mənə dost dediklərimi tanıtdı. Mən onların adlarını inşallah ki, sağaldıqdan sonra açıqlayacam. Onların vicdanını da Allahın ixtiyarına buraxmışam. Mən dost bilmişəm, əslində dost olmayıblarmış. Amma elə insanlar da oldu ki, mən sadəcə həyatda salamlaşdığım insanlar var idi ki, xəstə olanda məni tək qoymadılar. Amma elələri də oldu ki, bir dəfə baş çəkmədilər. Bu da həyatın bir açıq dərsi idi. Biz Allahın quluyuq. Sadəcə elələri var ki, bir gün onların adını açıqlayacam. Xəstəliyim bitdikdən sonra bir gün mətbuatla birgə görüşüm olacaq, orda açıqlamalarım yəqin ki, maraqlı olar. Məni bu günlərdə dost kimi axtaranlar da oldu. Kənan M.M, Turan İbrahimov, Emma Ələkbərzadə, aparıcı Afaq Gəncəli, Hacı Nuran kimi sənət aləmində olan dostlar məni tək qoymadılar. Lalə Məmmədova mənə bir neçə dəfə baş çəkdi. Halbuki onunla heç vaxt işbirliyim olmamışdı, yaxından ünsiyyətimiz yox idi, insan kimi qarşılıqlı hörmətimiz var idi. O xanım mənə çox dəstək oldu. Halbuki illərlə tanıyıb çalışdığım, çörək kəsdiklərimin bəzilərinin yadına düşmədim. Hacı Nuran ilk gündən mənə dəstək oldu. Bəhram Bağırzadə məni tək qoymadı. Hətta elə insanlar kömək, dəstək oldular ki, mən şəxsi həyatımda onları tanımırdım. Millət vəkili Qənirə Paşayeva, Güləş Federasiyasının baş məşqçisi Firdovsi müəllim ailəsi ilə mənə baş çəkdilər. Onun ailəsi ilə ziyarət etməsi məni təsirləndirdi. Həyatda yaxşı insanlar var imiş. Düzdü, məni az sayda insan tək qoymadı. Amma həyat yaxşı insanlardan xali deyilmiş. İnşallah, mənim demək istədiyim sözlərim var, bölüşmək istədiyim fikirlərim var. Amma bu gün bunlardan danışmaq hələ tezdi. Qismət olsa, açıqlama verəcəm”.

Tahirə






SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29