2016-12-22 18:15:11   |   1078 dəfə oxunub

Xumar Qədimovanın «Bədənimsən»i gündəmə səs saldı



Uzun müddətdir gündəmdən uzaq olan Xumar Qədimova yenidən yeni mahnısı ilə gündəmə səs saldı.

Hər açıqlaması, hər ifası gündəm yaradan sənətçinin bu dəfə də «Bədənimsən» ruhları tərpətdi. Sənət aləmində özünəməxsus ifa tərzi, imici, hamıdan fərqli səs tembri ilə seçilən Xumarı heç kimlə müqayisə etmirlər. Bəlkə də xanım sənətçini elə fərqli göstərən də məhz bu özəlliyidir. Kimsəyə bənzədilməyən Xumar Qədimovanın repertuarında olan mahnıların sözləri də seçilmiş mətnlər, maraqlı mövzu tematikaı ilə seçilir. Müğənni ifa etdiyi mahnıların sözlərinə xüsusi diqqət yetirir deyə bəstələri də həyatdan olur, ifa etdikləri də gerçək həyatın özündən danışır. Müğənninin dinləyiciləri xanım ifaçının mahnılarında özünə bir pay tapır. Hərə öz taleyini Xumarın səsində eşidə bilir. Yəqin elə ona görə də hər könüldə xumara bir sevgi yaranıb.

Müğənni bu dəfə də maraqlı bir bəstəyə möhürünü vurdu. Səhnənin nazlı Xumarı ruhları tərpədəcək «Bədənimsən» mahnısı ilə bir daha yatmış sənət aləmini yuxudan oyatmağa çalışdı

Mahnı bir neçə gün ərzində böyük bir dinləyici publikası toplaya bildi. Xatırladaq ki, "Bədənimsən" adlanan mahnının musiqisi müğənninin özünə, sözləri Nəriman Həsənzadəyə məxsusdur.

Tahirə







SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29