2016-12-24 22:19:47   |   289 dəfə oxunub

Azərbaycanın əməkdar rəssamı vəfat edib




Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib. Bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.
N. Mətinin sözlərinə görə, F. Qulamov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.
Allah rəhmət eləsin!








SON XƏBƏRLƏR

2017-10-19