2016-12-26 22:01:15   |   659 dəfə oxunub

Atasından qalan dəmir-dümür avtomobili elə hala saldı ki...- Fotolar



Zonguldakı Kilimli qəsəbəsində təmirçi 43 yaşlı Mustafa, atasından qalan 1973-cü il model dəmir-dümür avtomobili, təxminən 40 min lirə xərcləyərək orijinalına uyğun şəkilə saldı.
 Mustafa, 2 il əvvəl ölən atasından  qalan Fordun 1973-cü il model dəmir-dümür avtomobili yeniləməyə qərar verdi. Parçalarının bir çoxunu İsveçrə və Almaniyadan gətirən Mustafa,  təxminən 40 min lirə xərclədi. O, avtomobilin mühərrik və kaporta hissələri, döşəməsini və digər bütün hissələri orijinalına uyğun şəkildə yenilədi. Qısa müddətdə tamamlanan avtomobil ətrafda maraq yaratdı.



Mustafa bunları deyib:
"Belə bir avtomobilə minməyən bu duyğunu anlaya bilməz. Çox fərqli klassikdir. Ata yadigarı idi. Avtomobili yaşatmaq istədik. Yığışdırmaq istədik. Ticarət olaraq heç düşünmədik. Özümüz istifadə edirik. Onunla aramızda bir bağ var. Danışırıq onunla. Əgər bir bağ qurmasanız, onun dilindən anlamazsınız, onu icra etmə şansımız olmaz. Görənlər avtomobili bəyənir, araşdırır."







SON XƏBƏRLƏR

2017-01-20