2017-01-09 12:44:26   |   366 dəfə oxunub

DİN - dən kredit borcuna görə şəxiyyət vəsiqəsinin verilməməsinə REAKSİYA...



"Şərq” qəzetinin 7 yanvar 2017- ci il tarixli sayında dərc olunan "Kredit borcu olduğuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilmir” sərlövhəli məqalə dərc olunub.

Sherg.az xəbər verir ki, məqalədə qeyd edilən məlumatlara münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov iddiaların hansısa sosial şəbəkədə bir statusa əsaslanmasına etiraz edib:

"Statusu paylaşan Səxavət Məmməd ad və soyadını göstərmədiyi dostunun şəxsiyyət vəsiqəsi almaq üçün neçə saylı olduğu qeyd edilməyən ASAN Xidmətinə müraciət etdiyini yazıb. Lakin oradan bildiriblər ki, Banka kredit borcun olduğu üçün ona şəxsiyyət vəsiqəsi verilməyəcək.
Adsız-soyadsız vətəndaşın ünvanı məlum olmayan yerdə problemlə üzləşməsi məqalədə işıqlandırılıb. Sosial şəbəkə istifadəçisi Səxavət Məmmədin dostu kimdi, adı və soyadı nədir, Səxavətin dostu şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmətin hansı mərkəzinə müraciət edib? Məqalədə bu suallara cavab tapmaq mümkün deyil”.

E. Zahidov məsələnin qanuni yolla necə tənzimlənməsi barədə danışıb:

"Bütün bunlara baxmayaraq, bir daha bildirmək istərdim ki, əvvəla, hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi almaq hüququ var və bu hüquq da Daxili İşlər Nazirliyinin vətəndaşları şəxsiyyət vəsiqələri ilə təmin edən bütün qurumlarında, eləcə də ASAN Xidmətin bütün Mərkəzlərində birmənalı olaraq tanınıb və tanınır. İkincisi, əgər hər hansı vətəndaş şəxsiyyət vəsiqəsi alarkən hansısa problemlə üzləşdikdə, sosial şəbəkə istifadəçisi olan dostuna deyil, mütləq qaydada ya DİN-in 102-Zəng Xidmətinə, ya da ASAN Xidmətin 108 "Çağırış” Mərkəzinə müraciət etməlidir. Əminliklə bildirirəm ki, belə müraciətlər operativ və obyektiv olaraq araşdırılır və nəticəsindən asılı olaraq qanuni qərar verilir”.

Aysel Aslan






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18