2017-01-10 00:16:37   |   260 dəfə oxunub

Başından 3.7 litr maye çıxarıldı

7 aylıq körpə dünyanın ən böyük başına sahib idi



Nadir görünən bir xəstəliklə dünyanın ən böyük başına sahib 7 aylıq Mrityunjay Das adlı körpənin başından 3.7 litr maye çıxarılıb.

Beyinə su toplanması olaraq da adlandırılan hidrosefali xəstəliyi üzündən hindli körpənin başı qarpız böyüklüyündə şişib. "Daily Mail”in xəbərinə görə, müvəffəqiyyətli bir əməliyyat və 6 həftəlik müalicəylə başından 4 litrə yaxın maye boşaldılıb. Mrityunjayın baş ətrafı 96 sm - 70 sm.dən 26 sm.ə qədər kiçildilib. Dr Dilip Parida, xəstəxanaya gələn zaman körpənin başında 5.5 litr maye olduğunu söyləyir. "İndiyə qədər 3.7 litr mayeni boşaltmağı bacardıq. Başının içinə böyüməsini önləyən bir parça yerləşdirdik. Uşağın kognitif funksiyaları yaxşılaşır, müalicəyə çox müsbət reaksiya verir.” deyə əlavə edir. Xəstəlik Mrityunjaya yalnız fiziki olaraq təsir etməyib. Ailə, yaşadıqları bölgədə cəmiyyətdən təpkilər alıb. Ata Kamalesh, "Körpəmizin başı normal görünmədiyi üçün insanlar ona qarabasma deyirdi. Başı normala dönüncə insanların davranışları da dəyişəcək. Ona kimsə ad çıxar bilməyəcək.” deyə bildirib.






SON XƏBƏRLƏR

2017-03-30
2017-03-29