2017-01-11 12:09:11   |   153 dəfə oxunub

Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlanıb


Bakıda mənşəyi məlum olmayan 2 ton 115 kiloqram ət aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonunda DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları tərəfindən reyd keçirilib.

Yanvarın 9-da rayonun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb və DBNX-nın laboratoriyasına verilib.






SON XƏBƏRLƏR

2017-01-20