2017-01-11 16:32:31   |   155 dəfə oxunub

SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 195 mln. manat ödəyib


SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 mln. 56 min manat vəsait ödənilib.

Şirkətdən "APA-Economics”ə verilən xəbərə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 mln. 736 min manat və ya 171,3% çoxdur.

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 395 mln. 421 min manat vəsait ödənilib.
Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 mln. 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 119 min manat və ya 103,7% çoxdur.






SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29