2017-01-11 20:13:06   |   460 dəfə oxunub

Türkiyədə dollar rekord həddə bahalaşdı


Türkiyədə dollar və avronun qiyməti sürətlə bahalaşır. Lent.az xəbər verir ki, birjalarda 1 dolların dəyəri 3,92 lirə səviyyəsini keçib. 

Bu gün ərzində türk lirəsi 3,4 faizdən artıq dəyər itirib. Avro isə Türkiyənin milli valyutası qarşısında 2,6 faizdən çox bahalaşıb və 4 lirəlik psixoloji həddi keçərək 4,1 lirəyə çatıb.

Birjalarda türk lirəsinin ucuzlaşması tendensiyası bu dəqiqələrdə də davam edir.






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19