2017-01-12 00:58:54   |   408 dəfə oxunub

Mətbəxin divarından çılpaq adam çıxdı

Qeyri-adi əməliyyata tam 40 xilasedici qatılıb




ABŞ-ın Nyu-York şəhərində olduqca maraqlı bir hadisə yaşanıb. Manhattandakı bir mənzil dairəsinin sakini mətbəxindən imdad səslərinin yüksəldiyini eşidib.

Səsə qulaq asan qadın ventilyasiya boşluğunda sıxışmış yarı çılpaq bir adam tapıb. Ev sahibi olan qadın mətbəxindən ağlayan bir kişi səsi eşidib və adam davamlı "mənə kömək edin” deyə qışqırırdı. Qadın səsin mətbəxdəki ventilyasiya boşluğundan gəldiyini anlayıb. Necə oldusa adam binanın damındakı ventilyasiyadan 5 mərtəbə aşağı sürüşüb. Sonunda birinci mərtəbədə qalan adam çarəsiz halda qışqırmağa başlayıb. Adamın səsini eşidən qadın xilasetmə qruplarına xəbər verib. Qeyri-adi əməliyyata tam 40 xilasedici qatılıb. Adamın sıxışdığı yerə çata bilməyən xilasedicilər yaralanmaması üçün əlləriylə qazdıqları divardan adamı çıxarmağı bacarıblar.

Adam 5 mərtəbə aşağı sürüşdüyünə görə yaralanıb. Müalicə üçün xəstəxanaya çatdırılan adama orada nə işi olduğu soruşulanda, üzmə hovuzunu axtardığını söyləyib. Üzərində yalnız alt paltarı olan adamın həqiqətən damda, ya da ventilyasiya boşluğunda nə axtardığı bilinmir.






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19