2017-01-19 09:56:00   |   1634 dəfə oxunub

Gürcüstan ordusu hərbi təyyarəsiz qala bilər



Bir sıra pilotlar və hərbi texnikalar Gürcüstan Hərbi Hava Qüvvələrini tərk edirlər.
Axar.az "Qruziya Onlayn” saytına istinadən xəbər verir ki, bu pilotlar Gürcüstan Müdafiə Nazirliyinin hazırladığı ixtisar siyahısı nəticəsində ordudan uzaqlaşdırılıblar. Üstəlik, aviasiya bazası KİV üçün qapadılıb. Orduda olan təyyarə və vertolyotların da taleyinin necə olacağı bilinmir. Baş Qərargah Su-25 təyyarələri, İrokez və Mi-24 vertolyotlarının taleyini strateji icmal sənədini əldə etdikdən sonra müəyyən edəcək.

Qeyd edək ki, hərbi təyyarələrin satılması haqqında informasiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində islahat keçirmək istəməsi haqqında açıqlamalarından sonra yayılıb. Parlament də həmçinin hərbi aviasiya ilə bağlı prosesləri izləyir. Vahid Milli Hərəkat Partiyası ordunu aviasiyasız qoymağın əleyhdarı olduğunu artıq bəyan edib.

Hazırda Gürcüstan ordusunda 10-dan çox Su-25 təyyarəsi var. Əgər Müdafiə Nazirliyi hərbi təyyarələrdən onların saxlamağın bahalı olmağı ucbatından imtina etsə, ordu hərbi aviasiyadan tam məhrum olacaq.







SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19