2017-02-05 12:18:06   |   677 dəfə oxunub

Suriyada İŞİD-in əl-Bab “vali”si öldürülüb



İŞİD terror təşkilatının Suriyadakı ikinci əsas mərkəzi sayılan əl-Bab şəhərində "vali” təyin etdiyi Ebu Halid Ürdüni öldürülüb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ebu Halid Ürdüni Türkiyə Hərbi Hava Qüvvələrinin fevralın 3-də əl-Bab şəhərində İŞİD terrorçularının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
Ümumilikdə terrorçuların mövqelərinə endirilən zərbə nəticəsində 33 terrorçu məhv edilib.







SON XƏBƏRLƏR

2017-05-25
2017-05-24