2017-02-08 23:56:43   |   1968 dəfə oxunub

Somalidə prezident aeroportun anqarında seçildi



Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib. Trend-in məlumatına görə, prezidenti ölkə parlamentinin üzvləri seçiblər. Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub. Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb. Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.







SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19