2017-03-09 19:50:09   |   20240 dəfə oxunub

Lavrov ifşa olundu:"Azərbaycanın işğal olunan 7 rayonu ifadəsi əvəzinə..."


"Xarici İşlər Naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə görüşündə Rusiya XİN rəhbəri Sergey Lavrov açıqlamasında Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın işğal olunan 7 rayonu əvəzinə, " Azərbaycanın bu gün nəzarət edə bilmədiyi 7 rayon" ifadəsini işlədib. Bununla Sergey Lavrov diplomatik şəkildə fikir fırladır və həmin ərazilərin işğal olunduğunu danır". 

Bu barədə Sherg.az-a millət vəkili Elman Məmmədov deyib. 

Onun sözlərinə görə, S.Lavrov Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini birbaşa ifadə etmir: 

"Mən məhz bu ifadəyə diqqət etdim ki, nazir həmin rayonların işğal altında olduğunu desin.Amma demədi.  XİN rəhbərinin bu ifadəsinə uyğun sual olunur ki, Azərbaycan həmin əraziyə hazırda niyə nəzarət edə bilmir? Çünki torpaqlarımız Ermənistanın işğalı altındadır. Hətta Rusiya ərazilərimizi işğal edib, Ermənistana verib”.

Millət vəkili deyib ki, danışıqlar prosesi Azərbaycan ordusunun işğal altındakı torpaqların azad olunması uğrunda vaxtaşırı keçirtdiyi əməliyyatların təkrarlanması ilə aparılmalıdır:

"Ermənistan ordusu gündəlik zərbə almalıdır. Ermənistana, erməni xalqına gündəlik əsgər meyitləri getməlidir. İşğalçı dövlətdə ciddi təşviş, gərginlik, ümidsizlik yaradılmalıdır. Onlarda bir fikir formalaşmalıdır ki, bizim yeganə yolumuz Azərbaycan ərazilərindən çıxmaqdır. Erməniləri bunu düşünməyə məcbur etmək üçün hökmən güc tətbiq edib, danışıqlara cəlb etmək lazımdır. Ermənilər özləri və güvəndikləri fikirləşir ki, danışıqları, status-kvonu uzadıb, ərazilərimizi işğal altında saxlaya biləcəklər”.

 Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22