2017-03-11 14:37:06   |   787 dəfə oxunub

Bakı Dəmiryolu Vağzalında yatmaq da pulla olacaq


Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün "Sleepbox” quraşdırılıb. "Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər "Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

"Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. "Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik "Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib. (azvision)







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16