2017-03-18 22:11:13   |   144 dəfə oxunub

Qocaman jurnalist vəfat etdi


Lənkəranda qocaman jurnalist Səlim Ağayev dünyasını dəyişib.

"Report”un Cənub bürosu xəbər verir ki, mərhum bu gün yaşadığı Lənkəran şəhərində 81 yaşında vəfat edib.
S.Ağayev uzun müddət Azərbaycan Dövlət Radiosunun bölgə müxbiri, "Leninçi" (indiki "Lənkəran") rayon qəzetinin əməkdaşı, Lənkəran radio verilişləri redaksiyasının məsul redaktoru vəzifələrində çalışıb.






SON XƏBƏRLƏR

2017-06-27
2017-06-26