2017-03-19 10:14:51   |   104 dəfə oxunub

Maskalı şəxslər mağazaya basqın etdi


Masallıda ərzaq mağazasından oğurluq edilib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.
Axşam saatlarında kənd sakini Nadir Qafarova məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N. Qafarova 2000 manatdan artıq ziyan vurublar. Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.







SON XƏBƏRLƏR

2017-08-23
2017-08-22