2017-03-19 15:33:10   |   417 dəfə oxunub

Özil Azərbaycan millisinə qarşı oyunu buraxa bilər



Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özilin dizindən aldığı zədə hələ sağalmayıb.

Qol.az-ın xəbərinə görə, bu səbəbdən təcrübəli futbolçu klubu "Arsenal”ın dünən "Vest Bromviç”ə qarşı keçirilən İngiltərə Premyer Liqasınının oyununu buraxmalı olub.

Dizindəki ağrıları davam edən Özilin martın 26-da Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır.

28 yaşlı futbolçunun zədəsi barədə danışan "Arsenal”ın baş məşqçisi Arsen Venger deyib: "Onun durumu faciəvi deyil. Amma qənaətbəxş də hesab etmək olmaz”.







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21