2017-03-19 22:33:55   |   268 dəfə oxunub

İraqda 6 İŞİD lideri məhv edildi


Qərbi Mosulda beynəlxalq koalisiyanın hərbi təyyarələri 6 İŞİD liderini məhv edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq müdafiə nazirliyinin məlumatında deyilir.
Məhv edilənlərin arasında "Tarek ben Ziyad” briqadasına başçılıq edən Rusiya vətəndaşı Abdel Kərim ər-Rusinin olduğu da bildirilir. Onunla birgə İŞİD iyerarxiyasında yüksək mövqe tutan iki Mərakeş, bir Fransa, Böyük Britaniya və Türkiyə vətəndaşı öldürülüb.
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19