2017-03-20 10:27:27   |   235 dəfə oxunub

Parisdə nümayişçilərlə polis arasında toqquşma


Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib.

APA-nın "AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər saxlanılıb, 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fransanın paytaxtında polis zorakılığına qarşı aksiyada 8 minədək insan iştirak edib.

Xatırladaq ki, fevralın 2-də Parisdə qaradərili gənc sənədlərin yoxlanılması zamanı polis zorakılığına məruz qalaraq xəstəxanaya yerləşdirilib. Hadisə Fransada kütləvi etirazlara səbəb olub.






SON XƏBƏRLƏR

2017-08-23
2017-08-22