2017-03-20 18:26:01   |   378 dəfə oxunub

“Niva”nın yaradıcısı ölüb




Rusiyanın məşhur "Niva” markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, P. Prusov 76 yaşında vəfat edib.
P. Prusov 1972-ci ildə "Niva” layihəsinin rəhbəri təyin edilib. "Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. "Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.
P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər "AvtoVAZa” avtokonserninin baş mühəndisi olub.







SON XƏBƏRLƏR

2017-06-27
2017-06-26