2017-03-20 18:47:04   |   414 dəfə oxunub

Ermənistanı tərk edən 22 min nəfər Rusiya vətəndaşlığı alıb


Keçən il Ermənistan vətəndaşı olan 22 min 264 nəfər Rusiya vətəndaşlığı alıb.
APA-nın "panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bu, Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda yer alıb.
Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 2015-ci ildə isə 18 min 653 nəfər olub.
Qeyd edək ki, 2016-cı ildə Ukrayna vətəndaşı olan 100 min 696 nəfər, Qazaxıstan vətəndaşı olan 37 min 837 nəfər , Özbəkistan vətəndaşı olan 23 min 216 nəfər Rusiya vətəndaşlığı alıb.







SON XƏBƏRLƏR

2017-08-23
2017-08-22