2017-03-20 20:16:49   |   92 dəfə oxunub

Federal Təhqiqatlar Bürosu Rusiya ilə bağlı araşdırma aparır



Federal Təhqiqatlar Bürosu Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxiləsi ilə bağlı araşdırma aparır.
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Nümayəndələr Palatasının xüsusi komitəsinin iclasında FTB rəhbəri Ceyms Komi bəyan edib.
"Hazırda araşdırmalar davam edir və hər hansı nəticə çıxarmaq hələ ki, tezdir. Təbii ki, mən araşdırmanın bütün detallarını açıqlaya bilmərəm. Bu olduqca mürəkkəb prosesdi, biz hələ ki işlərin nə vaxt başa çatacağını dəqiq deyə bilmərik ”, deyə C.Komi bildirib.
C.Komi qeyd edib ki, söhbət əsasən Donald Trampın seçkiqabağı kampaniyasına yaxın şəxslərdən gedir.







SON XƏBƏRLƏR

2017-03-30
2017-03-29