2017-03-20 21:56:44   |   176 dəfə oxunub

İŞİD-çilər polis polkovnikini əsir götürdü



Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.
Adı açıqlanmayan polkovniklə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.







SON XƏBƏRLƏR

2017-10-17
2017-10-16