2017-03-20 23:39:16   |   133 dəfə oxunub

Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir


Qara dənizdə NATO üzvü olan 4 ölkə ilə Ukrayna birgə hərbi təlimlərə başlayıblar.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Qeniçesk” tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib.
Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.
Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.







SON XƏBƏRLƏR

2017-07-22
2017-07-21